Müğənni Günel Zeynalova yeni biznesindən danışdı

19 May 2024 04:20 (UTC+04:00)

Müğənni Günel Zeynalova Türkiyədə alış-veriş mərkəzlərindən birində görüntülənib. SİA xəbər verir ki, o, pandemiya dövründə evdə qaş və kirpik üçün qulluq vasitələri hazırladığını deyib.

"Öz kosmetik vasitəmi düzəltdim və yaxşı nəticə aldım. Get-gedə kimyaçı oldum", - deyə məşhur müğənni qeyd edib.

Günel hazırda bununla bağlı daha peşəkar addımlar atdığını deyib və bunun yeni biznesi olduğunu açıqlayıb.