"Sevilya"nın ömürlük müqavilə təklifini qəbul etdi

18 May 2024 22:36 (UTC+04:00)

Xesus Navas "Sevilya"nın onunla ömürlük müqavilə imzalamaq təklifini qəbul edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klub mətbuatı məlumat yayıb. Navas 2024-cü ilin sonuna qədər İspaniya klubunun futbolçusu olaraq qalacaq.

Futbolçu kimi müqaviləsi başa çatdıqdan sonra isə, o klub strukturunda vəzifə alacaq.