Yaxın aylarda üçüncü dünya müharibəsi başlaya bilər..?

18 May 2024 18:14 (UTC+04:00)

...Növbəti beş ayda Yer kürəsində üçüncü dünya müharibəsi başlaya bilər. Səbəb Ağ Evin səriştəsizliyi olacaq.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının mitinqində deyib.

...Tramp Minnesota ştatında seçicilərinə müraciət edib. O qeyd edib ki, ABŞ-da prezident seçkilərinə altı aydan da az vaxt qalıb və bu vaxt bütün bəşəriyyət üçün ən təhlükəlidir. ...Yaxın beş ay ərzində biz çox güman ki, Üçüncü Dünya Müharibəsinə qərq ola bilərik.

Tramp deyib bunu.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar indi “axmaqlar tərəfindən idarə olunur” və biz kritik təhlükəli dövrdə yaşayırıq. Mövcud vəziyyətin günahkarı "o dəli" Cozef Baydendir.

Tramp əlavə edib ki, müasir silahların gücü qorxuludur və dünya müharibəsindən sonra çox insan sağ qalmayacaq. O, prezident olacağı təqdirdə Ukraynadakı “dəhşətli” münaqişəni həll edəcəyinə söz verib.

Nazlı