Qəzzada ölənlərin sayı 35 min 386 nəfərə yüksəlib - FOTOLAR

18 May 2024 15:15 (UTC+04:00)

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 83 nəfər artaraq 35 min 386-ya çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 9 qırğın törətdiyi, bu hücumlarda daha 83 fələstinlinin həyatını itirdiyi, 105 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 35 min 386-ya, yaralıların sayı isə 79 min 366-ya yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.