Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

18 May 2024 15:08 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. SİA bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər.

Ukraynanın rəsmi qurumları hələ ki, bu bəyanatı şərh etməyiblər.