Almaniyada şiddətli yağışlar selə səbəb olub

18 May 2024 14:39 (UTC+04:00)

Almaniyanın Saarland əyalətində davam edən leysan yağışları sel və daşqınlara səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Saarland əyalətinin paytaxtı Saarbrüken başda olmaqla bir çox bölgədə yağan yağışların səbəb olduğu sel və daşqınlar səbəbi ilə bölgədəki bir çox bina boşaldılıb.

Almaniya Meteorologiya İdarəsinin verdiyi açıqlamada bölgəyə təxminən 24 saat ərzində hər kvadratmetrə 100 litr yağış yağdığı bildirilib.

Açıqlamada bölgədə yağışların davam edəcəyi, lakin intensivliyinin azalacağı da qeyd edilib.