DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir - YENİLƏNİR - FOTOLAR

18 May 2024 10:42 (UTC+04:00)

Bu gün Dövlət İmtahan Mərkəzinin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi keçirilir. SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.

İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.

Tədbirdə jurnalistləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müşayiət edir və imtahanla bağlı ümumi məlumat verir.