Qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

18 May 2024 09:24 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək. SİA xəbər verir ki, komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.