Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

18 May 2024 06:35 (UTC+04:00)

Bakının Səbail rayonunda 21 yaşlı gənc yol qəzasında xəsarət alıb. SİA xəbər verir ki, 2003-cü il təvəllüdlü Əhədli Kərim Elyas oğlunun idarə etdiyi velosiped qarşı tərəfdən gələn motosikletlə toqquşub.

Hadisə zamanı xəsarət alan K.Əhədli müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.