Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

18 May 2024 00:52 (UTC+04:00)

Azərbaycanın qadın voleybol millisi Qızıl Avropa Liqasında ilk oyununu keçirib.

SİA xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Osiyek şəhərində Xorvatiya seçməsi ilə qarşılaşıb. Görüş yığmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ikinci görüşünü mayın 18-də Slovakiya seçməsinə qarşı keçirəcək.