Saatlıda minik avtomobili su kanalına düşüb

17 May 2024 21:39 (UTC+04:00)

Saatlıda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə saat 18 radələrində Sarıcalar kənd avtomobil yolunda qeydiyyat alınıb. Rəsul Abbasovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Avtomobil daha sonra yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yararsız hala düşüb.