Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub

17 May 2024 21:14 (UTC+04:00)

Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhər ərazisindəki binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertizaya aparılıb.