"Yuventus" baş məşqçisini yenə qovdu..?

17 May 2024 20:49 (UTC+04:00)

"Yuventus" baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Buna səbəb Alleqrininin İtaliya kubokunda "Atalanta" ilə oyunun zamanı etdikləri olub. Belə ki, 90+3-cü dəqiqədə Alleqri matçın baş hakimi Fabio Mareskanın “Yuventus”un müdafiəçisi Bremerə dərhal qayda pozuntusu qeydə almamasından son dərəcə narazı qalıb və bu səbəblə gödəkçəsini cırıb. Daha sonra ehtiyat hakimin yanına qaçıb və onun üzünə qışqırmağa başlayıb. Buna görə o, qırmızı vərəqə alıb.

Həmçinin, Allqeri “Tuttosport” jurnalistini tribunaların altındakı otaqda hədələyib.