Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib

17 May 2024 17:16 (UTC+04:00)

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən buraxılış imtahanında iştirakı nəzərdə tutulan 46169 nəfərdən 469 nəfər imtahana gəlməyib. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 16 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.