Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb

17 May 2024 17:10 (UTC+04:00)

"Azerspace-1" peyki vasitəsilə yayımlanan radiokanalların sayı 24-ə çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Kosmik Agentliyi (Azərkosmos) məlumat yayıb.

Bildirilib ki, "AvtoFm", "Baku Hit FM", "Retro FM" və "Yurd FM" radio dalğaları da artıq "Azerspace-1" peyki üzərindən yayımlanmağa başlayıb.

Bununla da ölkədə peyk vasitəsilə yayımlanan radiokanalların sayı 24-ə çatıb.