Mikayıl Cabbarov belaruslu nazirlərlə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyini müzakirə edib

16 May 2024 11:10 (UTC+04:00)

“Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd etdik”. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

“Nazirlərə Azərbaycanda həyata keçirilən antiinhisaryönümlü islahatlar barədə məlumat verdik, həmçinin ticarətin genişləndirilməsi, sənaye, istehsalın lokallaşdırılması, standartlaşdırma sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, - deyə M.Cabbarov qeyd edib.