Dünya bazarlarında neft bahalaşıb

16 May 2024 10:05 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,56% artaraq 1 barelə görə 83.21 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,60% artaraq 1 barelə görə 79.10 ABŞ dolları təşkil edib.