“Mançester Yunayted” ingiltərəli yarımmüdafiəçi ilə yolları ayırmaq qərarına gəlib

15 May 2024 17:15 (UTC+04:00)

“Mançester Yunayted” ingiltərəli yarımmüdafiəçi Aron Van-Bissaka ilə yolları ayırmaq qərarına gəlib. SİA xəbər verir ki, “qırmızı şeytanlar”ın mövsümün sonunda üç futbolçu ilə yolları ayıracağı dəqiqləşib.

Bunlar “Aron Van-Bissaka, Rafael Varan və Antoni Marsialdır. “Mançester Yunayted”in rəsmiləri klubdan ayrılan futbolçularla bağlı rəsmi açıqlama veriblər.

Qeyd edək ki, “Mançester Yunayted” klubu mövsümün sonunda Erik ten Haqla da yolları ayırmaq istəyir.