“Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu keçirilir

15 May 2024 16:00 (UTC+04:00)

Tatarıstanın paytaxtında keçirilən “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunun əsas proqramı çərçivəsində “Russia Halal Expo” sərgisi açılır. Sərgidə texnologiyalar, İslam iqtisadiyyatı sahəsində investisiya potensialı və nailiyyətlər nümayiş etdiriləcək. SİA xəbər verir ki, mayın 15-də Rusiya Federasiyasının Baş Prokurorluğu “İslam dünyası ilə biznes əlaqələrinin genişlənməsi şəraitində iqtisadi təhlükəsizlik zəmanəti və təhdidlərin aradan qaldırılması” mövzusunda müşavirə keçirəcək, habelə İƏT-ə üzv ölkələrin gənc diplomatlarının və sahibkarlarının forumları, eləcə də ticarət-sənaye palatalarının beynəlxalq forumu açılacaq.

“Tatneft Arena” buz idman sarayında İslam ölkələrində hokkeyin inkişafı təşkilatının hokkey oyunları keçiriləcək. Həmçinin İslam ölkələrinin gənc aşpazlarının Yunus Ahmetzyanov adına beynəlxalq turniri başlayacaq.