Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilir - YENİLƏNİR - FOTOLAR

14 May 2024 15:22 (UTC+04:00)

Bu gün Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilir. SİA xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak edirlər.