Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb

13 May 2024 17:04 (UTC+04:00)

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan SİA-ya bildirilib ki, indiyədək 45 min 134 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 34 min 783 nəfərə TTK verilib.

Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si kişidir.