Türkiyə Azərbaycan Universitetinin tədris binasının yeri müəyyənləşib

13 May 2024 10:55 (UTC+04:00)

Türkiyə Azərbaycan Universitetinin tədris binasının yeri müəyyənləşib, qəbul planı təsdiqlənib. SİA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, binanın yeri barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.