NASA, qatarların havaya qalxdığı Ayda qatar yolu konsepsiyasını araşdırmaq üçün yaşıl işıq yandırdı.
SİA “Novoye Vremya”ya istinadən xəbər verir ki, ondan materialların daşınması üçün istifadə oluna bilər.
NASA-nın Ayda qatar relsləri qurmaq planı agentliyin gələcək kosmos tədqiqi üçün "elmi fantastikaya bənzər" dizaynları inkişaf etdirməyi hədəfləyən İnnovativ Qabaqcıl Konseptlər proqramının bir hissəsidir.
İnnovativ layihələrdən biri, Ayda havaya qalxan robot qatarın yaradılmasını təklif edən Flexible Levitation on a Track (FLOAT) NIAC proqramının ikinci mərhələsinə keçirilib.
Agentliyin fikrincə, FLOAT layihəsi hələ 2030-cu illərdə Ayın səthində materialların daşınmasını təmin etməlidir.
...Biz Ayda faydalı yüklərin etibarlı, avtonom və səmərəli daşınmasına imkan verəcək ilk Ay rels sistemini qurmaq istəyirik. Davamlı, uzunmüddətli robot nəqliyyat sistemi 2030-cu illərdə dayanıqlı Ay bazasının gündəlik əməliyyatları üçün kritik rol oynayacaq.
Qeyd edək ki, layihənin rəhbəri, Jet Propulsion Laboratoriyasının robot mühəndisi Etan Şaler bunu NASA-nın bloqunda yazıb.
Nazlı