“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

12 May 2024 02:22 (UTC+04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə “Musiqi kimliyimiz” layihəsini növbəti dəfə təqdim edəcək. Filarmoniyadan SİA-ya bildirilib ki, mayın 20-dən 22-dək keçiriləcək layihə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunacaq.