Bundan əvvəl xəbər verildiyi kimi, son Günəş partlayışlarından atılan plazma mayın 10 və 11-də Yerə çatıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçev yazmışdı.
...Həddindən artıq böyük ölçülü və son dərəcə yüksək sürətlə ikiqat plazma partlaması Yerə doğru atılıb. Hesablamalara görə, Yer kürəsinə nəhayət ard-arda iki dəfə zərbə endirəcək.
Bunu ekspert bildirib.
...Qeyri-sabit geomaqnit vəziyyətin müddəti iki gündən üç günə qədər olacağını ehtimal edən Boqaçev,..pik nöqtəsində beş ballıq şkala üzrə ikinci və ya üçüncü səviyyəyə qədər tufanlar mümkünlüyünü də istisna etməmişdi.
Qeyd olunur ki, Günəş aktivliyi bir neçə gün ərzində indiki səviyyədə qalacaq, eyni zamanda yeni böyük hadisələrin riskləri də qalmaqdadır.
Qeyd edək ki, geomaqnit qasırğaları Yerin geomaqnit sahəsində Günəş alovlarından və günəş plazmasının şüalanmasından sonra baş verən pozuntulardır.
Radiasiya yer atmosferinə çatdıqda, A, B, C, M və X şkalası ilə qiymətləndirilən maqnit qasırğaları baş verir.
...X sinifli alovlar ən güclü hesab olunur, M sinifi isə on dəfə zəifdir.
Nazlı