Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

11 May 2024 18:21 (UTC+04:00)

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi davam edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbul portal.edu.az vasitəsilə aparılır. Həmin xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali məktəblərə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.