Daşkəsən rayon təhsil sektoruna yeni rəhbər təyin olunub

11 May 2024 14:40 (UTC+04:00)

Vüsal Cəfərov Daşkəsən rayon təhsil sektorunun müdiri təyin olunub. SİA-nın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

V.Cəfərov bundan öncə Samux rayon təhsil sektorunda aparıcı məsləhətçi işləyib.

Nazirin digər əmri ilə Elmir Cəfərov Daşkəsən rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edilib.