Lukaşenko Baş Qərargah rəisini tutduğu vəzifədən azad edib

10 May 2024 20:32 (UTC+04:00)

General-mayor Viktor Quleviç Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belarus liderinin mətbuat xidməti xəbər verir.

Lukaşenkonun fərmanına əsasən, Quleviç hərbi forma və fərqlənmə nişanları taxmaq hüququ ilə,.. guya yaşa görə ehtiyata buraxılıb.

Bundan əvvəl, 2021-ci il martın 11-də Lukaşenko onu Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edib.

Nazlı