COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşüb - FOTO

10 May 2024 15:13 (UTC+04:00)

COP29-un prezidenti Muxtar Babayev Pakistanda Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Mohammed Nafis Zakariya ilə görüşüb. SİA xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər məhsuldar görüş keçirib və onlar davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparıblar: “Yalnız birlikdə işləməklə daha “yaşıl dünya” üçün ciddi addımlar ata bilərik”.