Pirallahı rayonunda Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası və “Ulu Öndərin dövlət quruculuğu strategiyası: dünən, bu gün, sabah” başlıqlı konfrans keçirilib. SİA xəbər verir ki, konfransda RİH başçısı ilə yanaşı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərov, SƏS Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və Qeyri-Hökümət Təşkilatlarının kollektivləri, şəhid ailələri və fəal gənclər iştirak ediblər.
Səhər saatlarında RİH başçısı Vasif İmanovun və rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında ümumilikdə 200-ə yaxın ağac və gül kolları əkilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Dövlət başçımızın Sərəncamının rayon ərazisində yüksək səviyyədə icrasının təmin olunması məqsədilə 01.03.2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam və Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Plana uyğun olaraq il ərzində rayon ərazisində 1000 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur. İlin ilk 5 ayı ərzində artıq plan tam icra edilib.
Ağacəkmə aksiyasından sonra RİH başçısı və qonaqlar RİH-nin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək qarşısına gül dəstələri düzmüşlər.
Daha sonra tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ümumilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı.
Tədbiri YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov giriş sözü ilə açaraq, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışdı. E.Abasov vurğuladı ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərov və SƏS Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən söz açıblar. Natiqlər bildiriblər ki, Heydər Əliyev Azərbaycan xalqının min illər boyu arzuladığı müstəqilliyi, xoşbəxtliyi xalqına bəxş etmiş dahi liderdir. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti isə ölkəmizin müstəqilliyini daha da möhkəmləndirərək onu keyfiyyətcə yüksək mərhələyə qaldırdı . Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır.
Yekun olaraq RİH başçısı Vasif İmanov çıxış edərək, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyevintarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacağını, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinin hər zaman böyük ehtiramla yad ediləcəyini bildirdi. V.İmanov onu da qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyəti ilə 2003-cü ildən başlanan dövr Heydər Əliyev yolunun davamıdır. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ildə 23 saat ərzində dövlətimizin suverenliyinin tam bərpa edilməsi, ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbə, COP29 kimi nəhəg tədbirin ölkəmizdə keçirilməsiPrezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir.
Sonda rayonun ictimai həyatında fəal iştirakına və idman sahəsində əldə etdiyi nailiyyətlərə görə bir qrup rayon sakini RİH başçısının Fəxri Fərmanları ilə təltif olundu. Eyni zamanda, bir neçə şəxsə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.