Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

7 May 2024 14:42 (UTC+04:00)

Mayın 7-də respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib. SİA xəbər verir ki, final turunu izləmək üçün olimpiadanın keçirildiyi məkana mediatur təşkil edilib. Mediatur Təhsil İnstitutunun iştirakı ilə baş tutub.

İmtahan prosesini izləyən mediatur iştirakçılarına bildirilib ki, ümumilikdə 134 şagird olimpiadanın riyaziyyat fənni üzrə final mərhələsində yarışır. Nəticələr portal.edu.az platforması vasitəsilə elan ediləcək.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdləri aşkar etmək, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməkdir.