Peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

2 May 2024 09:08 (UTC+04:00)

Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib. SİA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqvimə GDT Hib Hep B İPV (Heksavaksin) peyvəndi əlavə olunub.

Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.