"Real" Marselonun oğlu ilə müqavilə bağladı

1 May 2024 22:34 (UTC+04:00)

"Real Madrid" klubunda 14 yaşlı hücumçu Enzo Marselo ilə yeni müqavilə imzalanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Oyunçu klubun U-15 komandasında ötən mövsüm 14 oyuna 32 qol vurmuşdu.

Qeyd edək ki, Enzo "Real"ın sabiq müdafiəçisi və kapitanı Marselonun oğludur.