Sankt-Peterburq yaxınlığında hərbçinin çürümüş meyiti tapılıb

1 May 2024 22:56 (UTC+04:00)

...Leninqrad vilayətinin Luqa şəhərində meşədə qış hərbi formasında kişi meyiti tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qalıqlar Luqa-3 mikrorayonunda yaşayış binasının yaxınlığında tapılıb.

Qeyd edək ki, meyitin bədəni çürümüş vəziyyətindədir. Maraqlıdır ki, onda zorakı ölüm əlamətləri müşahidə edilməyib.

Mütəxəssislər hesab edir ki, ölüm beş-altı ay əvvəl baş verib - cəsəd yaşayış binasının yaxınlığında “atılıb”, lakin onlar bunu yalnız indi aşkar edə biliblər.

...48 yaşlı kişinin üstündən adına bank kartı və sürücülük vəsiqəsi aşkar edilib.

İstintaqçılar mərhumun hansı hərbi hissəyə bağlı olduğunu və başına gələnləri araşdırırlar.

Hazırda yoxlama aparılır.

Nazlı