Netrebkonun İsveçrədəki çıxışı ləğv edilib...

1 May 2024 23:37 (UTC+04:00)

Anna Netrebko iyunun 1-də İsveçrənin Luzern şəhərində çıxış etməli idi. Amma, opera divasının çıxışı Ukraynada keçiriləcək konfrans fonunda hakimiyyətin tələbi ilə ləğv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bunu tədbirin təşkilatçılarına istinadən yazır.

Qeyd edək ki, İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında Ukrayna ilə bağlı sülh konfransına ev sahibliyi edəcək.

Təbii ki, Rusiya buna qatılmayacaq.

Rusiyanın Berndəki səfiri Sergey Qarmonin daha əvvəl RİA Novosti-yə bildirib ki, Rusiya İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında heç bir formatda iştirak etməyəcək, məqsədi Moskvaya ultimatum təqdim etməkdir.

O əlavə edib ki,..guya bu konfrans səs-küylü, lakin boş piar kampaniyasına çevriləcək.

Nazlı