Rabotino kəndi üzərində Rusiya bayrağını qaldırıblar..?

1 May 2024 19:23 (UTC+04:00)

Rusiya hərbçiləri öz ölkələrinin bayrağını Rabotino kəndi üzərində qaldırıblar.

Bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib.

Rusiya hərbçiləri Zaporojye istiqamətindəki Rabotino kəndi üzərində Rusiya bayrağını qaldırıblar.

Roqov vurğulayıb bunu.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti yayıb.

Bir gün əvvəl Roqov Rabotinonun tam rus əsgərlərinin nəzarəti altında olduğunu bildirmişdi.

Qeyd edək ki, son zamanlar cəbhənin bu sektorunda Ukrayna Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasında aktiv döyüşlər gedir.

Nazlı