Ermənistanda indi kəndlərin öz sahiblərinə, azərbaycanlılara qaytarılmasına, ərazilərin Azərbaycana təhvil verilməsinə görə hay-küy qoparan haylar vəziyyəti dəyişmək istəsələr də buna nail olmaları mümkünsüzdür. Əvvəla ona görə ki, qanunla, qayda ilə kəndlər Azərbaycana məxsusdur və həmin kəndlər də məhz Azərbaycana qaytarılacaqdır, hansıki bunun başqa variantını ermənilər heç ağıllarının ucundan da keçirməsinlər. Digər tərəfdən də artıq bununla bağlı danışıqlar, razılaşmalar olub və bundan sonra hay həyasızlığının heç bir mənası yoxdur.
Bilməyənlər, başa düşməyənlər, dərk etməyənlər indi də olsa reallıqları anlamalıdırlar
Bildiyimiz kimi, Azərbaycana təhvil verilməli kəndlərin yollarını bağlayan ermənilər, daha doğrusu, məsələni qızışdırmağa çalışan erməni ara qızışdıranları bununla narazılıqlarını ifadə etdiklərini düşünürdülər. Amma yaxşı bilirdilər və yenə də çox yaxşı başa düşürlər ki, bununla nəyə isə nail olmaları qətiyyən ağıla gələn deyil. Bir neçə gün yolu kəsib hay-küy salan hayların indi də erməni baş nazir Nikol Paşinyanla görüşmək niyyəti və görüşü də təbii ki, bu baxımdan səbəbsiz deyil və yolu kəsməklə nəyə isə nail olmayacaqlarını başa düşmələrindən irəli gəlir. Məsələ burasındadır ki, erməni baş nazirlə görüşdən sonra onların simalarındakı ümidsizlik, bədbinlik, yorğunluq və narahatlıq onu deməyə əsas verir ki, görüşdən onlar qətiyyən razı qalmayıblar və istədiklərinin alınmayacağını birmənalı şəkildə dərk də ediblər, qəbul da. İndi onlardan soruşmaq ayıb olmasın, axı niyə də kəndlərimizin bizə qaytarılmasını, təhvil verilməsini dərk və qəbul etməməli idilər axı? Ümumiyyətlə, baş nazirlə görüşə belə nə ehtiyac var idi? “Özgə atına minən tez düşər”, deyə bir zərb məsəlində vurğulandığı kimi, axı haylar bilməli idilər ki, onlar Azərbaycana məxsus kəndləri işğal edib, zəbt edib orada məskunlaşdıqdan sonra nə vaxtsa həmin yerləri, əraziləri tərk etməli olacaqlar. Bilməli idilər ki, başqasına məxsus olan torpaqları özlərininki saya bilməzlər və bilməyənlər, başa düşməyənlər heç olmasa indi də olsa reallıqları anlamalıdırlar axı...
Haylar Azərbaycana məxsus olan kəndləri, evləri, torpaqları qaytarmalıdırlar, çünki bu, haqqın, ədalətin bərpası deməkdir və belə də olmalıdır
Haylar bilməlidirlər ki, indi bax elə bu delimitasiya məsələlərində, əraziləri qaytarmaq, təhvil vermək məsələsində onların istədiklərini onlara vermək mümkün deyil. Heç həmin kəndlərin sakinlərinə də kəndi bağışlamaq olmaz, çünki torpaqdan pay vermək kimi bir ixtiyar heç kimdə yoxdur. Bəli, başa düşüləndir ki, öz evlərini, 30 ilə yaxın yaşadıqları yerləri tək etmək haylara ağır gəlir. Həm ağır, çətin gəlir, həm də utancverici hesab olunur. Bunu başa düşmək çətin deyil. Çünki ötən əsrin sonlarında, 20 əsrin 90-cı illərində həmin kəndin sakinlərinin öz evlərini ermənilər tərəfindən məcbur edilərək tərk etdikləri zaman hansı şəkildə ağrılı, acılı günlər yaşadığını biz daha yaxşı bilirik. Soruşmaq ayıb olmasın, cəmi 30 il yaşadıqları əraziləri tərk etdikləri zaman ağrını, acını hiss edənlər məhz azərbaycanlıların öz dədə-baba yurdlarını tərk etmələrindən necə açı çəkdiyini heçmi təsəvvürlərinə də gətirmirdilər? Başqasına məxsus evdə 30 il məskunlaşanlar həmin evləri tərk etdikləri zaman bu onlar üçün ağrılı, acılı ola bilir, amma dişi ilə, dırnağı ilə özünə öz yurdunda, ata-baba torpaqlarında, vətənində ev, ocaq quranlar bu ocaqlarını qoyub gedəndə ağrılı, acılı olmurdumu? Cəmi 30 ilə yaxın yaşadıqları, məskunlaşdıqları, indi də başqasının evlərini tərk edənlər acı çəkdiklərini dilə gətirirlərsə, bilməlidirlər ki, öz evlərini tərk edənlər daha çox acı çəkiblər və indi həmin acıları unutmağın, öz yurd-yuvalarına, öz dədə-baba torpaqlarına qayıtmalarının vaxtıdır və bunun üçün də haylar həmin kəndləri də, evləri də, hətta üzərində yeridikləri torpaqları da qaytarmalıdırlar. Bundan razı qalsalar da, qalmasalar da belə olmalıdır, çünki bu, ədalətin bərpası deməkdir.
Aranı qızışdırmaq istəyən qüvvələr vəziyyətdən sui-istifadə etməyə çalışırlar
Yaxşı başa düşürük ki, haylar işğal və zəbt etdikləri, müvəqqəti şəkildə məşkunlaşdıqları ərazilərimizi tərk etdiklərinə görə heç də rahat deyillər. Hətta, Ermənistanda bununla bağlı narazıların sayının hələ bundan sonra daha da artacağı da gözləniləndir. Bu məsələ ilə bağlı erməni lobbisinin də, xaricdə yaşayan diasporlarının da hay-küy salacaqları da bəllidir. Fransa kimi ermənipərəstliyi ilə seçilən ölkələrdə də bununla bağlı hansısa narazılıqlar müşahidə edilə bilər. İndi belə bir məqamda Qarabağ klanına da Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərməsi üçün şans yarandığını da nəzərə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, koçaryanlar, sarkisyanlar ərazilərimizin, kəndlərimizin bizə, Azərbaycana qaytarılmasına görə də bir bəhanə tapıb Paşinyan hakimiyyətinə qarşı çıxa və bu məqamı bir fürsət hesab edə bilər. Həmin kənlərin əhalisinin də, gənclərin də etiraz aksiyalarına cəlb edilməsi, qızışdırılması bu baxımdan tamamilə başadüşüləndir. Məqsəd birdir və indi aranı qızışdırmaq istəyən qüvvələr vəziyyətdən sui istifadə etməyə çalışırlar.
Azərbaycanla Ermənistan arasındalə şərti sərhəddə ədalətli delimitasiya məsələləri ilə bağlı İrəvanda da etiraz aksiyaları təşkil edilir və yenə də aranı qızışdırmaq istəyənlər ortaya atılırlar. Delimitasiya məsələsinə, ümumiyyətlə, prosesə mane olmaq istəyənlər ciddi cəhdlə vəziyyətdən istifadə etməkdədirlər. Narazılıqlar yaratmaq, etirazların miqyasını genişləndirmək üçün bütün vasitələrə əl atanların məqsədi heç də hayların, kəndləri tərk edən ermənilərin halına acımaq deyil. İndi Ermənistan müxalifəti də, hakimiyyəti də yaxşı bilir ki, həmin o kəndləri, evləri təhvil verməli olan ermənilər bununla bağlı heç də narazılıq belə ifadə edə bilməzlər. Buna haqları çatmır. Həmin ərazilər, kənlərə onlara məxsus deyil və sahibinə qaytarılmalıdır. Buna nə kənd sakinləri, nə də heç Ermənistan hakimiyyəti bir etiraz edə bilməz və təsadüfi deyil ki, Paşinyan hakimiyyəti başqa yol da tapa bilmədi və razılaşmalı oldu.
Delimitasiyaya, razılaşmalara qeyri-ciddi deyil, ciddi şəkildə, reallıqları qəbul edərək yanaşılsa, haylar üçün daha yaxşı olar
“Hər şeydən əl çəkək, dinc yaşayaq”, “Sus, qoy hər şeyi təhvil versin”, “qarışma, qoy təhvil versin”, “Təhvil verək, sülh içində yaşayaq”, şuarları olan plakatların İrəvan küçələrində yerləşdirilən şəkilləri “Vətən naminə Tavuş” Facebook səhifəsində paylaşılıb. Bu plakatlarda yazılan şuarların əlbəttə ki, xüsusi istehza olduğu bəllidir. Bununla, bu istehzalı şuarlarla erməni baş nazirə də, həmin ölkənin müxalifətinə də, yerli sakinlərə, Ermənistan ictimaiyyətinə də bir ehyam vurulması nəzərdə tutulub. Məsələ burasındadır ki, əslində, bu şuarlar haylar tərəfindən heç də istehza, ironiya və yaxud sarkazm kimi qəbul edilməməlidir. Çünki həmin şuarlar əslində reallığı əks etdirirlər. Həmin şuarlar tamamilə düzgün ifadə olunmuş şuarlardırlar. Elə erməni cəmiyyəti, Ermənistan ictimaiyyəti, həmin ölkə hakimiyyəti məhz həmin şuarlar əsasında hərəkət etmiş olsalar, həqiqətən də sülh şəraitində, dinc, firavan həyat qazana bilərlər və bundan sonra da həmin ölkə inkişaf da edə bilər. Yəni, məsələyə istehza, ironiya, sarkazm kimi yanaşılmasa və delimitasiya məsələlərinə, razılaşmalara ciddi şəkildə, reallıqları qəbul edərək yanaşılsa, ən tez zamanda hayların problem hesab etdikləri məsələlər öz qaydasına düşməyə başlayar. Amma görənən odur ki, ara qızışdırmaq istəyən qüvvələr hayların bir çox məsələlərə qeyri-ciddi yanaşması üçün çalışılar. Görünən odur ki, ən azından suveren bir ölkənin legitim hakimiyyətinin qərarlarına, imzaladığı razılaşmalara haylar tərəfindən qeyri-ciddi yanaşmanın sərgiləndirilməsi üçün əllərindən gələni etməyə çalışanlar var və onlar bütövlükdə erməni cəmiyyətini yenə də məhvə sürükləyirlər. İtaətsizliyin erməni cəmiyyətində daha da ciddi şəkildə təzahürü üçün çalışanların olduğu göz önündədir, amma onlar başa düşmürlər ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiya artıq Qazax istiqamətindən sərhədin demarkasiyasına başlamağa razılaşıb. Sərhəd xəttinin bu hissələrinin təsviri yerində aparılan geodeziya ölçmələri nəticəsində alınacaq koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək. Bütün bunlar cari il mayın 15-dək tərəflər arasında razılaşdırılmalı və imzalanmalı olan müvafiq protokol təsvirində sənədləşdiriləcək. Biz komissiyalar arasında anlaşmanın ruhuna və hərfinə riayət olunacağına və razılaşacağına ümid edirik. Əks halda delimitasiya işlərinin necə aparılacağını hayların dərk etdiyini də bilirik. Yəqin ki, ermənilər də bilirlər ki, lazım gəldikdə sürətləndirilmiş temp üslubunda aparılacağı da istisna hal deyil. Bu da haylar üçün heç arzuolunan sayıla bilməz.
Ümumiyyətlə, hər kəs çox yaxşı bilir ki, Azərbaycana məxsus olan kəndlərin Azərbaycana qaytarılması, təhvil verilməsi qanunidir, ədalətli adımdır. Buna elə ədalətin bərpası da deyə bilərik. İndi həmin bu addıma, ədalətli addıma qarşı gəlmək heç də doğru deyil. Nəinki doğru deyil, bununla bağlı narazılıq tamamilə əsassızdır. İndi erməni cəmiyyətində, Ermənistanda müşahidə olunan narazılıqlar, məhz ədalətin bərpasına qarşı əsassız narazılıqlardır. Belə əsassız narazılıqlar isə nə qədər davam etsə də, hansı şəkildə süni olaraq qızışdırılsa da hayların kəndlərlə bağlı istədiklərinə nail olmaları üçün heç bir nəticə vəd edə bilməz. Bütün dünya erməniləri, diaspor təşkilatları, lobbiləri, ermənipərəst qüvvələr nə qədər hay-küy salıb hayları qızışdırmaq üçün əldən-ayaqdan getsələr də qanun qarşısında aciz olduqlarını yaxşı bilirlər.