COP29-un rəsmi saytı istifadəyə verilib

1 May 2024 16:39 (UTC+04:00)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. SİA xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb.

Bundan başqa, saytın “Tez-tez soruşulan suallar” bölməsində vətəndaşları maraqlandıran suallara cavablar da yer alıb.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Konfrans Bakı stadionunda baş tutacaq.