Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina problemi dünya üçün qara ləkədir. SİA xəbər verir ki, bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, hazırda sülh və təhlükəsizlik məsələləri bütün dünyanın gündəmindədir: "Belə bir məqamda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina problemi dünya üçün qara ləkədir. Hazırda dövlətin qadın siyasətində qadın hüquqlarının, gender bərabərliyinin və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması məsələsi öndə dayanır. Hələ 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” Forumu keçirilmişdi. O zaman bu mövzu Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə geniş müzakirə edildi. Həmin forum çərçivəsində qəbul edilən yekun sənəddə qarşıya qoyulan vəzifələrin icrası üçün xeyli işlər görülüb".