“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb

30 Aprel 2024 17:19 (UTC+04:00)

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanla Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların siyahısına əlavə olunub.