Erməni idmançı Makqreqorla döyüşmək istəyir

29 Aprel 2024 22:53 (UTC+04:00)

Arman Tsarukyan adlı erməni Konor Makqreqorla döyüşmək istədiyini deyib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ermənistanlı UFC döyüşçüsü irlandiyalı sayəsində adını tarixə yazdırmaq istədiyini vurğulayıb:

“Çarlz Oliveyra və İslam Mahaçev olmasaydı, Makqreqorla döyüşmək istəyərdim. Adımı məşhurlaşdırmalıyam və bunu yalnız Makqreqor sayəsində edə bilərəm. Həbib Nurməhəmmədov onun sayəsində ad qazanıb”.