Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb - FOTOLAR

28 Aprel 2024 13:54 (UTC+04:00)

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, növbəti monitorinq zamanı Qəbələ şəhəri ərazisində vətəndaş tərəfindən zəbt edilərək çəpərlənmiş Qəbələ bələdiyyəsinə məxsus 0,2 hektar torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Aidiyyəti qurumlar bir daha vətəndaşların diqqətinə çatdırır ki, mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.