İndoneziya sahillərində güclü zəlzələ baş verib

27 Aprel 2024 21:58 (UTC+04:00)

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.