Terrora qarşı mübarizə davam edir

27 Aprel 2024 18:54 (UTC+04:00)

Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Suriyanın şimalındakı ''Fərat qalxanı'' əməliyyatı bölgəsində 3 PKK/YPG terrorçusu aşkar edilib.
Terrorçular Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Terrora və terrorçulara keçid yoxdur” ifadəsi işlədilib.