Hakan Fidan Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək

27 Aprel 2024 16:05 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, nazir Fidan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza üzrə yaratdığı Təmas Qrupunun toplantısında iştirak edəcək.

Bundan əlavə, o, səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər də keçirəcək.