Xankəndidə silah və sursatlar aşkarlanıb

27 Aprel 2024 09:47 (UTC+04:00)

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 3 tüfəng, 150 ədəd müxtəlif çaplı patron və 1 alışdırıcı təhvil götürüblər. Həmçinin qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.