Abşeronda yol qəzası olub, xəsarət alan var

27 Aprel 2024 07:27 (UTC+04:00)

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 1997-ci il təvəllüdlü Hüseynəliyev Məhəmməd Mehman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.