“Real” səfərdə “Real Sosyedad”ı məğlub edib

27 Aprel 2024 01:45 (UTC+04:00)

"Real"ın futbolçusu Arda Güler ilk dəfə La Liqada Madrid təmsilçisinin start heyətində meydana çıxıb.

19 yaşlı yarımmüdafiəçi 33-cü turda "Real Sosyedad"la matçında iştirak edib. O, 29-cu dəqiqədə fərqlənərək hesabı açıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Ardanın "Real"da 2-ci qoludur.

İspaniya çempionatı

33-cü tur

Real Sosyedad – Real Madrid – 0:1

Qol: Gülər, 29.