Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

26 Aprel 2024 22:17 (UTC+04:00)

Şərur rayonunda və ətraf kənd avtomobil yollarında yeni yol nişanları quraşdırılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən Naxçıvan bürosuna bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Şərur rayonu və rayonun Ələkli, Xanlıqlar, Vərməziyar, İbadulla, Yengicə, Dəmirçi kəndlərinin yollarında yeni yol nişanları quraşdırılıb.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, quraşdırılan yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.