Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq - AZƏRBAYCAN LİDERİ

26 Aprel 2024 15:44 (UTC+04:00)

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. SİA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

“Azərbaycanda azad cəmiyyət var, insanlar, o cümlədən media nümayəndələri tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar”, - deyə dövlət başçısı bildirib.